Ozon, oksigen qazı ilə müalicə
Qanın detoksikasiyası
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Membran plazmaferez proseduru 180 manat
Ozon, oksigen qazı ilə müalicə
Qanın detoksikasiyası
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Efferent müalicə metodları olan ozonoterapiya və plazmaferez orqanizmə şəfa verən digər üsullarla birlikdə, bir kurort tətilindən sonra olduğu kimi, iş qabiliyyətinizi bərpa etməyə və orqanizminizə möhkəmlilik ehtiyatı qazanmağa kömək edəcək.
Xroniki yorğunluq sindromu artan halsızlıq, əhvalın və iş qabiliyyətinin pisləşməsi, depressiya və baş ağrıları ilə xarakterizə olunur. Bundan əlavə, əzələlərdə, oynaqlarda ağrılar, tez-tez qızdırma halları, başgicəllənmə, yuxunun pozulması və əsəbilik, yaddaş problemləri müşahidə olunur.
Bu vəziyyətdə olan orqanizm viruslara və infeksiyalara qarşı həssasdır. Dərman müalicəsi problemi effektiv həll etmək iqtidarında deyil, buna görə də plazmaferez və ozonoterapiya sindromun əlamətlərini aradan qaldırmağa və immun sistemin fəaliyyətini gücləndirməyə yardımçı olur.
Ozonoterapiyada tibbi ozon və oksigen qazının orqanizmə müalicəvi təsirindən istifadə olunur.
Ozon terapiyası periferik mikrosirkulyasiyanı stimullaşdırır, oksigenin hüceyrə tərəfindən daha yaxşı qəbuluna şərait yaradır, hüceyrə immun mexanizmlərini aktivləşdirir və mübadilə proseslərini yaxşılaşdırır.
Ozon qana yeridildikdə bütün orqanların, o cümlədən qaraciyər və böyrək hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır, intoksikasiyanı tez və effektiv şəkildə aradan qaldırır, orqanizmə zərərli təsir göstərən maddələri birləşdirərək xaric edir, kiçik arteriya və kapilyarlarda qan dövranını yaxşılaşdırır, qanı oksigenlə zənginləşdirir, orqanizmdə pozulmuş tarazlığı bərpa edir.
Nəticədə yorğunluq, apatiya və baş ağrıları keçir, daxili orqanlarda diskomfort hissi itir, yuxu normallaşır, ümumi səhhət, yaddaş və diqqət yaxşılaşır, iş qabiliyyəti artır. Ozonoterapiya ətraf mühitin xoşagəlməz faktorlarına qarşı orqanizmin müqavimətini artırır.
Plazmaferez qanın ekstrakorporal (orqanizmdən kənar) təmizləmə metodu olub zəhərli və metabolik maddələri qan dövranından ayırır, detoksikasiya orqanlarında möhkəmlilik ehtiyatı yaradır.
Bundan əlavə plazmaferez bütün orqanlarda qan dövranını yaxşılaşdırır, kapilyar qan dövranının sürətini artırır, hüceyrə qidalanmasını və tənəffüsünü yaxşılaşdırır, qanı durulaşdırır. Plazmaferez orqanizmin immun statusunu korrektə edir, stres vəziyyətlərə reaktivliyini və medikamentoz terapiyanın effektivliyini artırır.
Efferent müalicə metodları olaraq plazmaferez və ozonoterapiya bütün orqanları əhatə edən çox funksional mühit olan qana təsir edərək nəinki xəstəliyin müalicəsinə şərait yaradır, eləcə də orqanizmin ümumi statusunu yaxşılaşdırır, dərman müalicəsinin təsirini tamamlayır, ən əsası xəstəliklərin yaranmasının profilaktikasına, orqanizmin sağlamlaşmasına və cavanlaşmasına, vaxtından əvvəl qocalmanın qarşısının alınmasına xidmət göstərir.
Müəllif Şükürov Mehman.
Materiallardan istifadə edərkən müəllifə istinad olunmalıdır.