Ozon, oksigen qazı ilə müalicə
Qanın detoksikasiyası
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Membran plazmaferez proseduru 180 manat
Ozon, oksigen qazı ilə müalicə
Qanın detoksikasiyası
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Ozon terapiyası bir çox xəstəliklərin müalicəsində, qarşısının alınmasında və xəstəliyin gedişinin yaxşılaşdırılmasında layiqli yer tutan, dərman vasitələrinin imkanlarından bəzi hallarda üstün olan müasir, yüksək effektivli, qeyri-dərman müalicə metodudur. Ozonoterapiyada güclü müalicəvi və profilaktik təsirə malik tibbi ozon-oksigen qaz qarışığının terapevtik təsirindən istifadə olunur.
Ozon Yer üzərindəki bütün canlıları günəşin ultrabənövşəyi şüalarının zərərli təsirlərindən qoruyan atmosferdəki ən vacib qazlardan biridir. Yağış, şimşəkdən sonra havada olan xarakterik təmizlik, təravətlilik qoxusu ozon qazı sayəsində gəlir. Ozon - (yunanca - qoxulayan) təbii şəraitdə ultrabənövşəyi şüaların və elektrik boşalmalarının oksigenə təsiri nəticəsində yaranır, kəskin xarakterik qoxuya malik oksigenin aktiv formasıdır.
Ozon oksigendən daha güclü oksidləşdirici təsirə malikdir. Öz xüsusiyyətlərinə görə, ozon oksigendən 16,5 dəfə daha aktivdir, buna görə də orqanizmə daha güclü müalicəvi təsir göstərir. Klinik praktikada ozonun aşağı konsentrasiyalarından istifadə olunur, bu diapazonlarda ozon terapevtik vasitə kimi təsir göstərir.
Ozonoterapiya heç də yeni qeyri dərman müalicə metodu deyil, xaricdə yüz ildən artıqdır ki, müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Son onilliklərdə müasir ozonatorların tətbiqi ilə ozonun terapevtik dozalarının parenteral (venadaxili, əzələdaxili, intraartikulyar, dərialtı) yeridilməsi üsulları ön plana çıxmışdır.
Ozonun parenteral təsiri ilə orqanizmin bir sıra kaskad biokimyəvi prosesləri işə salınır və ya aktivləşir. Parenteral olaraq tətbiq olunan ozonun terapevtik dozaları mikrosirkulyasiyanı əhəmiyyətli dərəcədə artırır, orqan və toxumalarda qidalanma proseslərini yaxşılaşdırır, qanın reoloji xüsusiyyətlərinə təsir göstərir, hiss olunacaq dərəcədə immuniteti stimullaşdırır, bədənin detoksikasiya müdafiə sisteminin kəskin aktivləşməsinə kömək edir.
Ozonun hətta aşağı dozalarını qəbul edərkən hüceyrə enerjisinin əsas mənbəyi olan ATF-in meydana gəlməsi, karbohidratların, lipidlərin və zülalların oksidləşməsini sürətləndirən fermentlərin aktivləşməsi baş verir. Buna görə ozon-oksigen qarışığının təsirindən demək olar ki, dərhal sonra insan enerji artımı hiss edir, yorğunluq gümrahlıq hissi ilə əvəz olunur. Bu vəziyyət yağışlı, şimşəkli havadan sonra meşədə gəzən hər kəsə məlumdur. Təmizlik, təravətlilik hissini havada olan ozon molekulları yaradır. Ozon molekulları insan orqanizminin toxumalarına seçici şəkildə təsir göstərir, hüceyrələrə zərər vermədən onları enerji ilə təmin edir.
Normal olaraq orqanizmdə həll olunmuş ozon olur, ona görə də onun terapevtik dozalarda istifadəsi tamamilə təhlükəsizdir, ona heç bir asılılıq yaranmır. Ozon terapiyasının əks göstərişi azdır, monoterapiya kimi və ya dərman müalicəsi və fizioterapevtik prosedurlarla yanaşı bütün yaş kateqoriyalı xəstələr tərəfindən istifadə edilə bilər.
Ozonun terapevtik təsir mexanizmlərinin müxtəlifliyi onun orqanizminə geniş diapazonlu müalicəvi təsir göstərməsinə şərait yaradır.
Qanın reoloji xüsusiyyətləri (qan axını) yaxşılaşır - mərkəzi və periferik qan dövranı yaxşılaşır, damar divarlarının elastikliyi bərpa olur, eritrositlərin (qırmızı qan hüceyrələrinin) deformasiya qabiliyyəti artır, bir birlərinə və damar divarına yapışma xüsusiyyəti (adgeziya) zəifləyir. Və onların kapilyar qan damarlarına keçməsi yaxşılaşır. Qanın qatılığı azalır.
Orqan və toxumalara antihipoksik təsir göstərir - hemoqlobinin oksigen alma xüsusiyyəti yaxşılaşır, qanın oksigen daşıma qabiliyyəti aktivləşir, arterial və venoz qan axınında oksigenin parsial təzyiqi artır, qan axınının yaxşılaşması ilə oksigenin orqan və toxumalara çatdırılması yaxşılaşır . "Oksigen-hemoqlobin" kimyəvi bağının zəifləməsi ilə oksigenin toxumalar tərəfindən utilizasiyası, karbon qazının hemoqlobinlə birləşməsi və orqanizmdən çıxarılması yaxşılaşır.
Aktiv oksigenin iştirakı ilə oksidləşdirici reaksiyaların aktivləşməsinə kömək edir. Ozon ən güclü antioksidant olmaqla orqanizmin qoruyucu funksiyalarını artırır, sərbəst radikalların əmələ gəlməsinin qarşısını alır.
Ozonoterapiya qan yaranma mexanizmlərini stimullaşdırır.
Detoksikasiya orqanlarının (qaraciyər, ağciyərlər, böyrəklər, dəri) fəaliyyətini yaxşılaşdırmaqla orqanizmin detoksikasion (zərərli birləşmələrdən təmizlənmə) potensialı qalxır.
İltihab əleyhinə təsir göstərir, ümumi və yerli müdafiə sistemlərini (immuniteti) stimullaşdırır, orqanizmin şiş əleyhinə rezistentliyini artırır.
Yerli təsirlə bütün növ bakteriyalara, viruslara, göbələklərə və ibtidailərə məhvedici təsir göstərir.
Toxumaların qidalanmasını və regenerasiyasını yaxşılaşdırır, yaraların epitelizasiya və sağalmasını intensivləşdirir.
Orqanizmdə maddələr mübadiləsini gücləndirir, bioloji aktiv maddələrin (aminturşular, vitaminlər və s.) hüceyrələr tərəfindən toplanmasını aktivləşdirir.
Antiqlikemik effekt - qanda şəkərin səviyyəsini endirir. Ozonun təsiri nəticəsində eritrositlərdə qlükozanın mübadiləsi aktivləşir, oksigenin toxumalara ötürülməsi yaxşılaşır, onların oksigen təchizatı artır və hipoksiya (oksigen aclığı) aradan qalxır.
Analgetik (ağrıkəsici) təsir göstərir (xroniki ağrılarla müşayiət olunan xəstəliklərdə).
Qaşınma əleyhinə, yuxugətirici, stres əleyhinə, sedativ (sakitləşdirici) effektləri reallaşdırır.
Ozonun terapevtik vasitə kimi istifadəsi dərman müalicəsinin effektivliyini əhəmiyyətli dərəcədə artırır və bəzi hallarda xəstənin medikamentoz yükünü əvəz etməyə və ya azaltmağa imkan verir.
Ozon qan dövranına daxil edildikdən sonra orqanizmin bir sıra əsas aspektlərinə təsir göstərir: qan damarlarını genişləndirir, qanı durulaşdırır, toxumaları və daxili orqanları oksigenlə doydurur, intoksikasiyanı tez və effektiv şəkildə aradan qaldırır, qaraciyər və böyrək hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır, orqanizmdən zərərli maddələri birləşdirərək çıxarır (toksinlər, artıq xolesterol, şəkər), bütövlükdə bədənə düşən yükü azaldır.
Bunun sayəsində toxumaların və orqanların daha aktiv yenilənməsi (cavanlaşması) üçün ehtiyatlar yaranır. Və nəticədə artıq “doğma” halına gələn narahatlıqlar bizi tərk edir, biz daha fəal oluruq, yüngüllük hissi qayıdır, baş daha aydın və dəqiq işləyir, üzün rəngi dəyişir.
Xəstəlikdən asılı olaraq ozonoterapiyanın müxtəlif metodları təyin olunur. Əsasən ümumi sistem təsirə malik ozonlaşdırılmış fizioloji məhlulunun venadaxili yeridilməsi üsulundan istifadə olunur.
Həmçinin, müalicə üçün böyük və kiçik autohemoterapiya metodları da tətbiq edilir. Orqanizmə güclü sistem təsir göstərən ozonla böyük autohemoterapiyadır, güclü iltihabəleyhinə, immunostimulyasiya edici təsirə malikdir.
Bundan əlavə ozon dərialtı, əzələdaxili, rektal, vaginal, intraartikulyar yeridilə bilər, qapalı həcmlərdə (ozon kameralarında) qazlaşdırma kimi xaricə istifadə oluna bilər. Həmçinin ozonlaşdırılmış materiallarla (ozonlaşdırılmış distillat, ozonlaşdırılmış bitki yağı) istifadə oluna bilər.
Çox vaxt ozonoterapiyanın ümumi sistem təsir metodları ozonun yerli tətbiq üsulları ilə birgə təyin olunur.
Ozonoterapiyanın müalicəvi təsir göstərməsi üçün hər bir xəstəyə öz müalicə sxemi və yeridilmiş ozonun lazımi konsentrasiyası təyin olunur.
Ozonoterapiyadan təbabətin bütün sahələrində bir çox xəstəliklərin və patoloji halların müalicəsində istifadə olunur; allergiyalar, şəkərli diabet, bronxit və astma, revmatizm, qaraciyər, mədə və bağırsaq xəstəlikləri, ürəyin işemik xəstəliyi, hipertoniya, ateroskleroz, qan dövranı pozğunluğu xəstəlikləri, xroniki yorğunluq, zəifləmiş immunitet, depressiya, yaddaş və diqqət pozğunluğu, osteoxondroz və yırtıqlar, miqren, LOR və göz xəstəlikləri, cərrahi xəstəliklər, travmalar, əməliyyatdan sonrakı reablitasiya, trofiki yaralar, artroz və artritlər, virus infeksiyaları (gepatit B; C, herpes, toksoplazma, sitomeqalovirus və s.), cinsi sfera xəstəlikləri və sonsuzluq, seksual aktivlik və potensiya pozğunluğu, hamiləlik dövrü, dəri xəstəlikləri (eksema, psoriaz, dermatitlər və s), kosmetologiya (səpgili sızanaqlar, alopesiya, sellülit, lokal lipodistrofiya (ozon lokal olaraq piyləri parçalayır və arıqlamanı təmin edir) və s.)
Ozonoterapiyaya göstəriş və əks göstərişlər.
Müəllif Şükürov Mehman.
Materiallardan istifadə edərkən müəllifə istinad olunmalıdır.
Plazmaferez proseduru - qanımızın bədəndən kənar detoksunu (təmizlənməsini) bildirən, müxtəlif xəstəliklərin kompleks müalicəsində istifadə olunan effektiv və təhlükəsiz müalicə metodudur.
Bu metodun mahiyyəti xəstəliklərin səbəblərinin və ağırlaşmalarının daşıyıcısı olan zərərli maddələrin orqanizmdən ayrılmasından ibarətdir.
Plazmaferezin effektivliyi üç əsas faktora əsaslanır: təmizləmə, orqanizmin müqavimətinin gücləndirilməsi və qan dövranının yaxşılaşdırılması.
Birincisi, zərərli maddələr qan dövranından ayrılır: əvvəlcə qanın tərkibində olan, sonradan isə orqan və toxumalardan qan dövranına axın edən patoloji maddələr.
İkincisi, plazmanın çıxarılmasına cavab olaraq, orqanizm bütün müdafiə sistemlərini səfərbər edir, immunitet güclənir.
Üçüncüsü, qanın reoloji xüsusiyyətləri (qan axını) yaxşılaşır.
Şəhərimizin klinikalrında müalicəvi plazmaferez əsasən 2 üsulla aparılır - membran və sentrifuqalı plazmaferez.
Klinikamızda diskret sentrifuqalı və membran plazmaferez prosedurları, orqanizmə yerli və sistem təsir göstərən ozonoterapiya prosedurları aparılır.
Plazmaferez və ozonoterapiya prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Prosedur zamanı qanın və istifadə olunan steril məhlulların bu materiallardan əlavə heç bir kontaktı olmur. Ona görə də prosedur vaxtı hemokontakt infeksiyalara yoluxma ehtimalı yoxdur.
Plazmaferez və ozonoterapiya prosedurları, qiymətləri barədə daha ətraflı.