Ozon, oksigen qazı ilə müalicə
Qanın detoksikasiyası
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Membran plazmaferez proseduru 180 manat
Ozon, oksigen qazı ilə müalicə
Qanın detoksikasiyası
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Ozonlaşdırılmış yağlar təbabətin müxtəlif sahələrində olduğu kimi kosmetologiyada da uğurla istifadə olunur. Ozon yağı kosmetik qüsurları aradan qaldırır, dərinin sağlamlığına və gözəlliyinə müsbət təsir göstərir.
O dərinin təbii funksiyalarını normallaşdırmağa və öz müstəqil işini aktivləşdirməyə kömək edir, dərini nəm saxlayır və onun strukturunu əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Onun istifadəsi dərinin sağlam rəngini, təbii gözəlliyini, təravətini, elastikliyini və ipəkliyini bərpa etməyə imkan verir.
Ozonlaşdırılmış bitki yağları aktiv oksigeni dəriyə çatdırır, dərinin dərin təbəqələrinə nüfuz etməklə toxumalara uzun müddətli təsir göstərir.
Ozonun təsiri ilə toxumalarda mübadilə prosesləri yaxşılaşır, hüceyrələr yenilənir və cavanlaşır, dərinin rəngi yaxşılaşır, mimik qırışlar hamarlaşır, dərinin elastiklik və turqoru bərpa olur, liftinq effekti (dartılma), dəri ağardıcı effektlər əldə olunur, gözlər altında ödem və tünd dairələr itir, dərinin vaxtından əvvəl qocalmasının qarşısı alınır.
Ozonlaşdırılmış yağı qidalandırıcı, bərpaedici maska və ya makiyaj bazası şəklində istifadə etmək olar.
Kosmetoloji məqsədlə dəriyə aplikasiya şəklində (maska, yaxma) çəkilir. Əvvəlcə dərinizi hazırlayın: üzünüz üçün buxar vannası alın və skrabdan istifadə edin. Sonra 0,5 çay qaşığı ozonlanmış yağ götürüb üzünüzə bərabər hissədə yayın. 15-30 dəqiqədən sonra qalan məhsulu kağız salfetlə silin. Proseduru gündə 2-3 dəfə, (tədricən həftədə 1-2 dəfəyə qədər azaltmaqla) təkrarlayın və heç vaxt yaşınızdan yaşlı görünməyəcəksiniz.
Makiyaj bazası kimi kreminizin bir hissəsinə 1-2 damcı ozonlu yağ əlavə edin və nəticə bütün gözləntiləri üstələyəcək
Ozonlaşdırılmış bitki yağları geniş spektrdə dəri problemlərinin müalicəsində öz effektivliyini göstərir: sellülit, dermatit, psoriaz, ekzema, dərinin bakterial və göbələk infeksiyaları, alopesiya (saç tökülməsi, keçəlləşmə), zədəli, zəif, tez tökülən saçlar, dərinin allergik xəstəlikləri, sadə herpes, piodermiyalar, frunkulyoz, kondiloma, kandidoz, yaralar (o cümlədən zəif sağalan), trofik xoralar, yataq yaraları, tər vəziləri infeksiyaları, süd vəzisi, daban, anal çapıqları və həşərat dişləmələri.
Dermatoloji məqsədlə aplikasiya şəklində (maska, yaxma) çəkilir (gündə 2-3 dəfə, tədricən həftədə 1-2 dəfəyə qədər azaltmaqla). Sellülit və problemli zonalarda piyin parçalanması məqsədi ilə örtmə şəklində istifadə olunur. Problemli saçlarda başın dərisinə sürtülür və 1-1.5 saat ərzində isti papaq geyinilir. İstifadə tezliyi həftədə 5-7 dəfə, (tədricən həftədə 1-2 dəfəyə qədər azaltmaqla).
Ozonlaşdırılmış bitki yağları mədə bağırsaq sistemi xəstəliklərində (12 barmaq bağırsaq, mədə xoralarında, qastrit, peptik xora, ezofaqit, kolit), qulaq, burun və boğaz iltihabi xəstəliklərində, stomatoloji xəstəliklərdə (qinqivit, paradontoz, paradontit), ginekoloji xəstəliklərdə (eroziyalar, kolpit, balanopostit) və prostatit, uretritlərdə geniş istifadə olunur.
Ozonlaşdırılmış bitki yağları qastrit və xora xəstəliyinin səbəbkarı olan və mədənin selikli qişasında yaşayan Helicobacter pylori bakteriyalarım məhv edir, eroziya və xoranın sağalmasını tezləşdirir.
Daxilə 1 çay qaşığı yeməkdən 15-20 dəq əvvəl istifadə olunur (tədricən 1 xörək qaşığına qədər qaldırmaqla).
Diqqət: ozon yağı daxilə qəbul məqsədi ilə hazırlanmalıdır.
Ozonlaşdırılmış yağ rektal tamponlar şəklində (hemoroidin müalicəsində), həmçinin mikroilizma şəklində (kolitin müalicəsində) istifadə edilir.
Ginekologiya və urologiyada tampon və aplikasiya şəklində istifadə olunur.
Qrip, kəskin virus infeksiyalarının epidemiyası zamanı ozon yağından baryer vasitə kimi istifadə olunur. Burun dəliklərinə damızdırılan ozon yağı virus və bakteriyalara öldürücü təsir göstərir, yerli immuniteti yaxşılaşdırır.
Hər yaşda olan insanlar üçün uyğundur və heç bir əks göstərişi yoxdur.
Ozonlaşdırılmış bitki yağları tünd şüşə qabda saxlanılmalıdır. Saxlama müddəti: otaq temperaturunda 2-3 ay, soyuducuda (+4°C) 1.5-2 il (istifadə üçün müəyyən hissəsi isti su hamamında qızdırılır.)
Ozonlaşdırılmış bitki yağları müalicə məqsədi ilə müxtəlif konsentrasiyalarda klinikada hazırlanır. Qiyməti: 100 ml 10 manat.
Müəllif Şükürov Mehman.
Materiallardan istifadə edərkən müəllifə istinad olunmalıdır.