Ozon, oksigen qazı ilə müalicə
Qanın detoksikasiyası
və qiymətlər
28 Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Membran plazmaferez proseduru 180 manat
Ozon, oksigen qazı ilə müalicə
Qanın detoksikasiyası
və qiymətlər
28 Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Hiperlipidemiyada (qanın yağlılığında) plazmaferez (qan yuma) və ozonoterapiya prosedurları effektiv müalicəvi təsir göstərir.
Qanda yüksək səviyyədə "yağlılıq" (hiperlipidemiya), xüsusilə xolesterol ("pis" xolesterin) və trigliseridlər insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Uzunmüddətli yüksək səviyyə ağır damar patologiyalarına səbəb olur.
Qanda yüksək səviyyəli yağlılıq qanı qatılaşdırır, qanın kiçik damarlarda hərəkətini pisləşdirir.
Lipidlərin artıq hissəsi damar divarlarına yığılır, lövhələr əmələ gətirir, bu da damarların mənfəzini daraldır və onları sərtləşdirir (Ateroskleroz).
Ürək damarlarının aterosklerozu ürəyin işemik xəstəliyinə, stenokardiyaya səbəb olur və miokard infarktı riskini artırır.
Beyin qan damarlarının aterosklerotik lövhələr səbəbindən daralması insult riskini artırır.
Yüksək xolesterin səviyyəsi öd daşlarının əmələ gəlməsinə səbəb olur.
Plazmaferez qanın tərkibində yüksək səviyyədə olan "yağların" (lipidlərin) (xolesterin, trigliserid) səviyyəsini tez bir zamanda azaltmaqla, ümumi səhhəti və maddələr mübadiləsini yaxşılaşdırmağa imkan verir.
Ozonoterapiya orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırmaqla xolesterin və yağların səviyyəsinin aşağı enməsinə səbəb olur. Qanın hərəkətini, mikrosirkulyasiyanı yaxşılaşdırır. Aterosklerotik dəyişikliklərin profilaktikasında və müalicəsində istifadə olunur.