Ozon, oksigen qazı ilə müalicə
Qanın detoksikasiyası
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Membran plazmaferez proseduru 180 manat
Ozon, oksigen qazı ilə müalicə
Qanın detoksikasiyası
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Allergik xəstəliklərin kompleks müalicəsində ənənəvi dərman müalicəsi ilə yanaşı efferent terapiya metodları olan plazmaferez və ozonoterapiyadan da geniş istifadə olunur. Plazmaferez və ozonoterapiya orqanizmə sistem təsir göstərərək ənənəvi müalicənin effektivliyini artırır və bəzi hallarda dərman terapiyasını tamamilə əvəz edir.
Allergiya - əksər insanlar üçün zərərsiz olan bəzi ətraf mühit maddələrinə qarşı orqanizmin həddindən artıq həssas və qeyri-adekvat reaksiyasıdır.
Müasir dünyada, planetimizin sakinləri arasında allergik xəstəliklərin artım tezliyi daim yüksəlir. Müxtəlif müəlliflərin fikrincə, Yer kürəsinin ümumi əhalisinin 30%-ə qədəri allergik xəstəliklərdən əziyyət çəkir. Təəssüf ki, allergiyanın yayılması artdıqca, daha aşağı yaşlarda xəstəliyin ilk təzahürlərinin yaranması müşahidə olunur. Bunun səbəbləri planetin ekologiyasının daim pisləşməsi və hər bir insanın artan sayda müxtəlif allergenlərlə (orqanizmimiz tərəfindən "yad", "təhlükəli" kimi qəbul edilən, allergiyanın inkişaf mexanizmini işə salan maddələrlə) davamlı təmasıdır.
Allergik reaksiya bizi əhatə edən hər şeydən yarana bilər. Müasir insan təkcə təbii mənşəli allergenlərlə deyil, orqanizmimizin hələ təkamüllə uyğunlaşa bilmədiyi çoxlu sayda süni mənşəli allergenlərlə də daim təmasdadır.
Bir qayda olaraq, hər bir insan həyatı boyu qeyd olunan maddələrlə təmasda olur, lakin hər kəsdə allergik reaksiya yaranmır.
Allergik xəstəliklərin baş verməsi qaraciyərdə allergenlərin qeyri-kamil biotransformasiyası və orqanizmin immun reaksiyasının defektləri ilə əlaqədardır.
Allergenə qarşı immun sistem xüsusi maddələr istehsal edir - antitellər. Bu maddələr antigeni taparaq və onu bloklayaraq immun komplekslər yaradır.
Allergik reaksiyanın əlamətlərinin şiddəti insan qanının plazmasında olan allergenlərin və immun komplekslərin konsentrasiyası ilə birbaşa mütənasibdir.
Allergiyanın müalicəsi immun sistemi qıcıqlandıran amillərin aradan qaldırılmasına və xəstənin immun sisteminin patoloji aktivliyinin azaldılmasına yönəlir. Bu məqsədlə, bir qayda olaraq, müxtəlif antihistaminlər və hormonal preparatlar istifadə olunur.
Allergik xəstəliklərin kompleks müalicəsində ənənəvi dərman müalicəsi ilə yanaşı efferent terapiya üsulları olan plazmaferez və ozonoterapiyadan da geniş istifadə olunur. Onlar ənənəvi müalicənin effektivliyini artırır və bəzi hallarda tamamilə əvəz edir.
Bütün növ allergik xəstəliklərin kompleks müalicəsində effektiv patogenetik terapiya kimi plazmaferezdən geniş istifadə olunur.
Plazmaferez ("qan yuma", "qan dəyişmə") qanın müasir və təhlükəsiz təmizlənməsinin aparat üsuludur. Məhz plazmaferez prosedurunun gedişi zamanı qandan ayrılan plazma ilə birlikdə allergik reaksiyanın inkişaf mexanizmini işə salan və dəstəkləyən maddələr - allergen antigenlər, immun komplekslər, iltihab mediatorları, aqressiv immunoqlobulinlər orqanizmdən xaric edilir. Göstərilən bioloji aktiv maddələrin konsentrasiyasının azalması hüceyrələrdə oksidləşmə proseslərinin bərpasına, immunoqlobulinlərin istehsalının normallaşmasına və allergik iltihabın dərəcəsinin azalmasına səbəb olur ki, bu da xəstəliyin daha sabit remissiyasını təmin edir.
Allergik iltihabın inkişafında iştirak edən bioloji aktiv maddələrin və mediatorların əsas hissəsi qanın plazmasında olduğundan, plazmaferez hiss olunacaq terapevtik təsir göstərir.
Ozonoterapiya allergik xəstəliklərin müalicəsində çox uğurlu nəticələr verə bilən bir terapiya üsuludur. Allergik rinit, allergik konyunktivit, allergik astma, allergik bronxit, qida allergiyası kimi bir çox fərqli allergiya növlərində tətbiq edilir və hər birində müsbət təsir göstərir. Müəyyən edilib ki, ozon terapiyası alan allergiyası olan insanlarda allergiya əlamətlərinin azalması ilə yanaşı, bu insanlarda allergiya dərmanlarından istifadə də azalır.
Ozonoterapiya daxili orqanların hüceyrələrinin yenilənməsi mexanizmlərini işə salır (qaraciyər və böyrəklərin fəaliyyəti yaxşılaşır), qan dövranını yaxşılaşdırır, immuniteti normallaşdırır.
Ozonoterapiya haqqında daha ətraflı
Müəllif Şükürov Mehman.
Materiallardan istifadə edərkən müəllifə istinad olunmalıdır.
Klinikamızın efferent terapiya kabinetində diskret sentrifuqalı və membran plazmaferez prosedurları, orqanizmə yerli və sistem təsir göstərən ozonoterapiya prosedurları aparılır.
Plazmaferez və ozonoterapiya prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Prosedur zamanı qanın və istifadə olunan steril məhlulların bu materiallardan əlavə heç bir kontaktı olmur. Ona görə də prosedur vaxtı hemokontakt infeksiyalara yoluxma ehtimalı yoxdur.
Plazmaferez və ozonoterapiya prosedurları, qiymətləri barədə daha ətraflı...