Ozon, oksigen qazı ilə müalicə
Qanın detoksikasiyası
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Membran plazmaferez proseduru 180 manat
Ozon, oksigen qazı ilə müalicə
Qanın detoksikasiyası
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Sivilizasiyanın inkişafı ilə ekoloji şəraitin pisləşməsi, əhalinin allergizasiyası, dərman maddələrinin az effektivliyi xəstəliklərin müalicə və profilaktikasında qeyri medikamentoz müalicə metodlarının istifadəsini daha zəruri edir.
Son illər dünya təbabətində zəhərli maddələrin orqanizmdən xaric edilməsinə əsaslanan və böyrəklərin, qaraciyərin, digər həyati vacib orqanların fəaliyyətini yaxşılaşdırmağa imkan verən efferent müalicə metodları böyük uğurla istifadə olunur. Efferent müalicə metodları olaraq plazmaferez ("qan yuma", "qan deyişme") və ozonoterapiyadan xəstəliklərin müalicə və profilaktikasında, orqanizmi iş qabiliyyətində və tonusda saxlanılması, həyat keyfiyyətinin yaxşılaşdırılması, estetik təbabətdə yaşla əlaqədar dəyişikliklərin artım tezliyinin qarşısının alınması məqsədilə istifadə olunur.
Ozonoterapiya təbii, dərmansız, fizioterapevtik müalicə metodu olub, ozon və oksigen qaz qarışığının orqanizmə sistem müalicəvi təsirinə əsaslanır.
Ozon qazı həyatı ultrabənövşəyi şüalardan qoruyan təbii faktordur. Ozon qazı oksigen qazından fərqli olaraq 3 oksigen atomundan ibarətdir, buna görə də orqanizmə daha güclü müalicəvi və profilaktik təsir göstərir.
Ozonun oksigenə əlavə edilməsi və bu qaz qarışığının ağciyərlərdən yan keçməklə birbaşa qana yeridilməsi (fizioloji məhlul və ya qan vasitəsi ilə) terapevtik effekt yaradır ki, bu da orqanizmə çox şaxəli müalicəvi təsir göstərir.
Ozonoterapiya unikal müalicə metodu olaraq hər hansı bir xəstəliyə qarşı müalicədə müstəqil vasitə kimi və ya kompleks terapiyanın bir hissəsi kimi istifadə olunur. Ozonoterapiya təbabətin bir çox sahələrində tətbiq olunur, effektivliyi və təhlükəsizliyi klinik praktikada dəfələrlə təsdiq edilib.
Ozon qazı qana təsir edərək onu oksigenləşdirir, qan dövranını yaxşılaşdırır, immuniteti, orqanizmin müqavimətini artırır, maddələr mübadiləsini yaxşılaşdırır, viruslara, bakteriyalara öldürücü təsir göstərir və müxtəlif toksinləri, orqanizmə mənfi təsir göstərən maddələri orqanizmdən çıxarmaqla bədəni gücləndirir.
Ozon güclü antiseptik kimi təsir göstərir, müxtəlif xəstəliklərin öhdəsindən gəlməyə kömək etməklə yanaşı orqanizmə mənfi nəticələr vermir.
Plazmaferez - qanın ekstrakorporal (qan dövranından kənar) detoksikasiya metodu olub, qanın duru hissəsi olan plazmanın qan dövranından ayrılmasını bildirən prosesdir. "Qanin temizlenmesi", ''qanin yuyulmasi'' deyildikdə plazmaferez proseduru nəzərdə tutulur.
Çox funksional mühit olan qan qanın formalı elementlərindən və qanın duru hissəsi olan plazmadan (qan zərdabından) ibarətdir. Müalicəvi plazmaferez prosedurunun gedişi zamanı qanın duru hissəsi olan plazma (normada açıq samanı rəngdə olur) qandan hissəvi olaraq ayrılır və atılır. Ayrılan plazma ilə orqanizmdən xəstəliyi saxlayan və ağırlaşdıran patoloji maddələr, insanın həyatı boyu qəbul etdiyi və orqanizmdə yığılan lazımsız, toksiki maddələr qan dövranından birbaşa ayrılır.
Plazmaferezdən sonra orqanizmin ümumi stimullaşdırıcı reaksiyası yaranır: bütün orqanlarda qan dövranı yaxşılaşır, kapilyar qan dövranının sürəti artır, toxumaların ödemi azalır, hüceyrə qidalanması və tənəffüsü yaxşılaşır, yerli iltihabi reaksiyalar zəifləyir, qan durulaşır.
Klinikamızda müalicəvi plazmaferez 2 üsulla aparılır - membran və sentrifuqalı plazmaferez.
Klinikamızın efferent terapiya kabinetində diskret sentrifuqalı və membran plazmaferez prosedurları, orqanizmə yerli və sistem təsir göstərən ozonoterapiya prosedurları aparılır.
Plazmaferez və ozonoterapiya prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Prosedur zamanı qanın və istifadə olunan steril məhlulların bu materiallardan əlavə heç bir kontaktı olmur. Ona görə də prosedur vaxtı hemokontakt infeksiyalara yoluxma ehtimalı yoxdur.
Plazmaferez və ozonoterapiya prosedurları və qiymətləri barədə daha ətraflı.
Efferent müalicə metodları olan plazmaferez və ozonoterapiya qanın reoloji xüsusiyyətlərini (qan axınını) əhəmiyyətli dərəcədə yaxşılaşdırır: mərkəzi və periferik qan dövranı, mikrosirkulyasiya yaxşılaşır; damar divarlarının elastikliyi bərpa olur; eritrositlərin deformasiya qabiliyyəti artır, adqeziv (yapışma) xüsusiyyəti zəifləyir və onların kapilyarlara keçməsi yaxşılaşır; qanın qatılığı azalır. Orqan və toxumalara antihipoksik təsir göstərir (oksigenin hüceyrələrə çatdırılması və onun utilizasiya prosesləri yaxşılaşır).
Ozonoterapiya və plazmaferez 1-ci və 2-ci tip şəkərli diabet xəstələrinin müalicəsində terapevtik vasitə kimi uğurla istifadə olunur.
Ozonoterapiya hüceyrə membranlarının qlükoza üçün keçiriciliyini artırır və bu qlükozanın toxumalara daha yaxşı çatdırılması səbəbindən hiperqlikemiyanı azaltmağa kömək edir. Ozonla müalicənin mikrosirkulyasiyaya və metabolik proseslərə müsbət təsiri qlükoza, xolesterin və trigliseridlərin səviyyəsinin azalması ilə yanaşı, qan axını xüsusiyyətlərinin, qanın laxtalanma parametrlərinin yaxşılaşdırılmasında, lipidlərin peroksidləşmə səviyyəsinin normallaşdırılmasında və antioksidan sistemin aktivliyinin artırılmasında ifadə olunur. Müalicə prosesində xəstələrin ümumi əhvalı yaxşılaşır, iş qabiliyyəti artır, yuxusu normallaşır.
Şəkərli diabet xəstələrinin müalicəsində qanın ekstrakorporal təmizləmə metodu olan plazmaferez qan dövranından lipoproteidləri ayırmağa, qan axınını yaxşılaşdırmağa, medikamentlərə o cümlədən şəkər salıcı dərmanlara həssaslığı artırmağa, insulinə rezistentliyi aradan qaldırmağa kömək edir.
Ozonoterapiya - güclü təsir göstərən dərman preparatlarına və prosedurlara əks göstərişi olan gələcək anaların sağlamlığının qorunmasında effektiv, qeyri dərman müalicə metodu kimi əvəz olunmazdır. Hamiləlik zamanı gələcək ananın orqanizmi ciddi dəyişikliklərə məruz qalır, bütün orqan və sistemlər yüklənir. Çox vaxt pis ekologiya, hamiləlikdən əvvəlki xəstəliklər və ya stresli vəziyyətlər orqanizmin zəifləməsinə səbəb olur ki, bu da hamiləlik patologiyalarının və ya yoluxucu xəstəliklərin inkişafı ilə nəticələnə bilər. Gələcək anaların müalicəsi üçün istifadə edilə bilən dərmanların siyahısı olduqca məhdud olduğundan, hamiləlik dövründə fizioterapevtik müalicə metodu olan ozonoterapiyaya müraciət etmək lazımdır.
Ozonoterapiya hamilə qadının orqanizminə faydalı təsir göstərir və körpəyə zərər vermir, bu da onun artan populyarlığını müəyyən edir. Ozonoterapiya orqanizmin infeksiyalara qarşı müqavimət qabiliyyətini artırır, iltihabi proseslərin qarşısını alır, həmçinin körpənin inkişafında xarici mühitin mənfi təsirini azaldır.
Hamiləlik dövründə ozonoterapiya haqqında daha ətraflı.
Hamiləlikdə hipoksiyanın (oksigen çatışmazlığının) ozonoterapiya ilə mualicəsi haqqında ətraflı.
Ozonoterapiya oynaq və onurğa xəstəliklərində digər müalicə metodları ilə yanaşı effektiv istifadə olunur. Ozonoterapiya mikrosirkulyasiya, iltihab əleyhinə, regenerativ prosesləri aktivləşdirməklə oynaqlarda sklerozlaşma proseslərinin zəifləməsinə, ağrının azalmasına, immun proseslərin aktivləşməsinə, qığırdaq toxumasının qidalanmasının yaxşılaşmasına şərait yaradır. Oynaqlarda sinovial mayeni (oynaqdaxili elastik mayeni) bərpa edir və keyfiyyətini yaxşılaşdırır.
Ozonoterapiya oynaqlarda və onurğada hərəkətliliyi bərpa edir, hərəkət zamanı meydana çıxan kirəc səsləri, şişkinliyi və ödemi azaldır və ya tam götürür. Sinovial, oynaq daxili mayeni artıraraq oynaq səthinin və qığırdağın yağlanmasına, qidalanmasına şərait yaradır. Ozonoterapiya zədələnmiş oynaq səthi qığırdaq toxumalarını bərpa edir, vətərlərin elastikliyini yaxşılaşdırır, spazmlaşmış əzələlərin işemiyasını azaldır.
Ozonoterapiya dərinin təbii gözəlliyini və sağlamlığını saxlayan və bərpa edən unikal vasitədir. Ozonoterapiya dərinin çatışmazlıqlarını maskalamır, onun təbii funksiyalarını normallaşdırır və stimullaşdırır. Dəri hüceyrələri yaxşı qidalandıqda və çoxaldıqda dəri də normal fəaliyyət göstərir, cavan görünür. Ətraf mühitin zərərli faktorlarının təsiri nəticəsində bu şəbəkənin effektiv işi pozulur, dərinin oksigenasiyası və qidalanması zəifləyir, hüceyrələrdə enerji defisiti yaranır, onların yenilənməsi zəifləyir.
Bu bioloji proseslər dərinin qocalmasına və qırışların yaranmasına səbəb olur. Xəstəliklərin yaranma səbəbinə təsir etməklə yuxarıda göstərilən patoloji prosesləri neytrallaşdırmaq, dərinin strukturunu bərpa etmək, onun vaxtından əvvəl qocalmasının qarşısını almaq mümkündür. Ozonoterapiya da bu məqsədi güdür.
Ozonlaşdırılmış bitki yağları kosmetologiyada geniş istifadə olunur. Ozonlaşdırılmış yağlar aktiv oksigeni dəriyə çatdırır, toxumalarda mübadilə prosesləri yaxşılaşır, hüceyrələr yenilənir və cavanlaşır, dərinin rəngi yaxşılaşır, mimik qırışlar hamarlaşır, dərinin elastiklik və turqoru bərpa olur, liftinq effekti (dartılma), dəri ağardıcı effektlər əldə olunur,gözlər altında ödem və tünd dairələr itir, dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır.
Ozonlaşdırılmış bitki yağları müalicə məqsədi ilə müxtəlif konsentrasiyalarda klinikada hazırlanır (daxilə və xaricə qəbul üçün). Qiyməti: 100 ml 10 manat.