Ozon, oksigen qazı ilə müalicə
Qanın detoksikasiyası
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Membran plazmaferez proseduru 180 manat
Ozon, oksigen qazı ilə müalicə
Qanın detoksikasiyası
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Qaraciyər piylənməsinin (hepatozun) kompleks terapiyasında plazmaferez (qan yuma) və ozonoterapiya prosedurlarının təyini müalicənin effektivliyini artırır.
Qaraciyərin piyli distrofiyası qaraciyər hüceyrələrində həddindən artıq yağ toplanması ilə xarakterizə olunan bir vəziyyətdir. Bu hal, qaraciyərin normal funksiyasını pozaraq müxtəlif problemlərə yol aça bilər.
Plazmaferez qandan toksinləri, yağ turşularını, xolesterin və digər lipidləri (yağları) ayırırmaqla qaraciyərə düşən yükü azaldır.
Ozonoterapiya qan axınını, qatılığını yaxşılaşdırmaqla, qanı oksigenləşdirməklə, iltihab əleyhinə və antioksidant təsir göstərməklə qaraciyər hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır.
Bu müalicə metodlarının istifadəsi detoksikasiya orqanlarında möhkəmlilik ehtiyatı yaradır, orqanizmin xarici təsirlərə müqavimətini artırır.
Plazmaferez – qanın ekstrakorporal (qan dövranından kənar) təmizlənməsini bildirən prosedur prosesidir.
Bu prosesdə qan iki komponentə ayrılır: hüceyrə elementlərinə (eritrosit, trombosit, leykosit) və plazmaya (qanın duru hissəsinə). Prosedurun gedişində zərərli maddələrlə birlikdə plazmanın müəyyən hissəsi tamamilə çıxarılır və onun yerinə qan dövranına əvəzedici məhlullar yeridilir. Qan hüceyrələri qan dövranına geri qaytarılır və beləliklə qan patoloji maddələrdən təmizlənir.
Plazmaferez - qanın təmizlənməsi ("qan yuma", "qan dəyismə") prosedurundan bir sıra xəstəliklərin müalicəsində istifadə olunur.
Plazmanın çıxarılmasına cavab olaraq, orqanizm bütün müdafiə sistemlərini səfərbər edir, immunitet güclənir, qanın reoloji xüsusiyyətləri (qan axını) yaxşılaşır.
Ozonoterapiyada tibbi ozon və oksigen qazının müalicəvi təsirindən istifadə olunur.
Bir çox xəstəliklərin mənşəyində orqan, toxumaların qidalanmasının pozulması və hüceyrə səviyyəsində kifayət qədər oksigen çatmaması dayanır.
Ozon terapiyası terapevtik nəticələr verən, müxtəlif üsullarla orqanizmə yeridilən oksigen-ozon qarışığının (tibbi ozonun) müalicəvi təsirinə əsaslanır.
Ozonoterapiya periferik mikrosirkulyasiyanı stimullaşdırır, oksigenin hüceyrə tərəfindən daha yaxşı qəbuluna səbəb olur, hüceyrə immun mexanizmlərini aktivləşdirir və mübadilə proseslərini yaxşılaşdırır.
Klinikamızın efferent terapiya kabinetində diskret sentrifuqalı və membran plazmaferez prosedurları, orqanizmə yerli və sistem təsir göstərən ozonoterapiya prosedurları aparılır.
Plazmaferez və ozonoterapiya prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Prosedur zamanı qanın və istifadə olunan steril məhlulların bu materiallardan əlavə heç bir kontaktı olmur. Ona görə də prosedur vaxtı hemokontakt infeksiyalara yoluxma ehtimalı yoxdur.
Plazmaferez və ozonoterapiya prosedurları, qiymətləri barədə daha ətraflı