Ozon, oksigen qazı ilə müalicə
Qanın detoksikasiyası
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Membran plazmaferez proseduru 180 manat
Ozon, oksigen qazı ilə müalicə
Qanın detoksikasiyası
və qiymətlər
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Axır illər dünya təbabətində bir sıra xəstəliklərin və potoloji halların müalicəsində qanın ekstrakorporal təmizləmə metodları geniş tətbiq olunur. Qanın detoksikasiya ("qan yuma", "qan deyişme") metodlarından ən geniş istifadə olunan plazmaferezdir.
Qan insan bədəninin çəkisinin təxminən 8%-ni təşkil edir. İnsanın qan dövranı sistemində hər kiloqram bədən çəkisi üçün təxminən 70-80 ml qan var, bu o deməkdir ki, bizim qan dövranımızda orta hesabla təxminən 5-6 litr qan dövr edir, qadınlara nisbətən kişilərdə qanın miqdarı təxminən bir litr çoxdur.
Qan orqanizmdə müxtəlif vacib funksiyaları yerinə yetirən bir suspenziyadır: orqanizmin “daxili mühitinin” sabitliyini saxlayır, orqanizmi yad maddələrdən qorunmaqda böyük rol oynayır və nəqliyyat vasitəsi funksiyasını yerinə yetirir.
Qanımızın tərkibində faydalı və zərərli maddələr maksimal miqdardadır. Qan bu maddələri sürətlə bədənin bütün hissələrinə yayır. Orqanizmin orqanlarının normal fəaliyyəti qan dövranında hərəkət edən qanın tərkibindən birbaşa asılıdır.
Qədim zamanlardan həkimlər bir çox xəstəliklərin müalicəsində qan almadan istifadə edirdilər, müasir klinik praktikada bu məqsədlə plazmaferezdən istifadə olunur.
Çox funksional mühit olan qan 44% qanın formalı elementlərindən (eritrosit, trombosit, leykosit) və 55% qanın duru hissəsi olan plazmadan (qan zərdabından) ibarətdir.
Plazmaferez termini (yunanca "plazma" - qan zərdabı və "aferez" - ayırma mənasını verir) qanın duru hissəsi olan plazmanın hissəvi ayrılmasını bildirən ekstrakorporal prosesdir.
Bu prosesdə qan iki komponentə ayrılır: hüceyrə elementlərinə (eritrosit, trombosit, leykosit) və plazmaya (qanın duru hissəsinə). Prosedurun gedişində zərərli maddələrlə birlikdə plazmanın müəyyən hissəsi tamamilə çıxarılır və onun yerinə qan dövranına əvəzedici məhlullar yeridilir.
Plazmaferezin müalicəvi təsiri çox cəhətlidir. Birinci növbədə qan dövranından xəstəliyi saxlayan və ağırlaşdıran pataloji maddələri birbaşa ayırmaqla plazmaferez detoksikasiya sisteminin funksional vəziyyətini yaxşılaşdırır, qaraciyərə, böyrəklərə və başqa orqanlara toksiki təsiri azaldır, uzun müddət detoksikasiya orqanlarında möhkəmlik ehtiyatı yaradır. Nəticədə orqanizmin xarici təsirlərə müqaviməti artır, müalicə müddəti azalır.
İnsanın fəaliyyəti dövründə orqanizmə hava, su, qida maddələri və dərman pereparatları ilə ziyanlı, toksik, lazımsız maddələr də daxil olur. Bu maddələr qan dövranı ilə bütün orqanizmə yayılır, orqan toxumalarda yığılır və orqanizmə dağıdıcı təsir göstərir. Bu toksiki və lazımsız maddələr də plazmaferez zamanı ayrılan plazma ilə orqanizmdən xaric olur, təmizlənir.
Plazmaferezdən sonra orqanizmin ümumi stimullaşdirıcı reaksiyası yaranır: bütün orqanlarda qan dövranı yaxşılaşır, kapilyar qan dövranının sürəti artır, toxumaların ödemi azalır, hüceyrə qidalanması və tənəffüsü yaxşılaşır, yerli iltihabi reaksiyalar zəifləyir, qan durulaşır. Plazmaferez orqanizmin immun statusunu korrektə edir, stres vəziyyətlərə reaktivliyini və medikamentoz terapiyanın effektliyini artırır.
Plazmaferz nəinki qanı həmçinin hüceyrə və toxumalarıda pataloji maddələrdən təmizləyir. Nəzərə alsaq ki, zərərli maddələrin əsas hissəsi damar xarici mühitdədir (hüceyrə və toxuma daxili) onda demək olar ki, plazmaferez orqanizmin bütün daxili mühitini (orqan, sistem və toxumaları) pataloji maddələrdən təmizləyir.
Ayrılan plazma ilə plazmada norma daxilində olan maddələr də ayrılır. Plazmanın ayrılan normal komponentini orqanizm 10-15 saat ərzində bərpa edir. Ümumiyyətlə ayrılan plazma bir gün ərzində yenisi ilə əvəz olunur.
Orqanizmi təmizləmə metodları arasında effektivlik, keyfiyyət və təhlükəsizlik baxımından effektiv metodlardan biri də plazmaferezdir.
Plazmaferez proseduru zamanı qanı komponentlərə ayırmaq üçün fiziki hadisələrə əsaslanan xüsusi aparatlardan istifadə olunur.
Şəhərimizin klinikalrinda müalicəvi plazmaferez əsasən 2 üsulla aparılır - membran və sentrifuqalı plazmaferez. Hər 2 üsulun mahiyyəti eynidir - qandan qanın duru hissəsi olan plazma ayrılır.
Membran plazmaferez prosedurunun aparılmasında plazmanın hissəciklərinin ayrılmasına imkan verən müvafiq məsamə ölçüsünə malik filtrlərdən istifadə olunur.
Membran plazmaferezin aparılması zamanı 1 və ya 2 periferik vena punksiya olunur. Qan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş şəbəkə və plazma-filtrdən keçərək qanın plazması formalı elementlərdən ayrılır. Ayrılan plazma xüsusi konteynerə yığılır. Bir seans zamanı 600 – 1000 ml plazma qan dövranından ayrılır. Ayrılmış plazmanın əvəzinə qan dövranına kristaloid məhlullar yeridilir. Seans 1-2 saat davam edir.
Sentrifuqalı plazmaferez prosedurunun aparılmasında mərkəzdənqaçma qüvvəsinin təsirinə (çökmə) əsaslanan xüsusi sentrifuqalardan istifadə olunur.
Sentrifuqalı plazmaferez prosedurunun aparılması zamanı 1 periferik vena punksiya olunur. Xüsusui, bir dəfə istifadə üçün nəzərdə tutulmuş konteynerə 450-500 ml venoz qan yığılır. Konteynerdəki qan aparatda qravitasiya təsirinə məruz qalır və qanın plazması formalı elementlərdən ayrılır. 1 seans zamanı 240 -280 ml plazma ayrılır. Ayrılmış plazmanın əvəzinə qan dövranına kristaloid məhlullar yeridilir. 1 prosedur zamanı bir neçə plazmaferez seansı aparmaq mümkündür. 1 prosedur seansı 45 – 60 deqiqə çəkir.
Plazmaferez və ozonoterapiya prosedurları və qiymətləri barədə daha ətraflı.
Plazmaferez prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Prosedur zamanı qanın bu materiallardan əlavə heç bir kontaktı olmur. Ona görə də prosedur vaxtı hemokontakt infeksiyalara yoluxma ehtimalı yoxdur.
Potologiyadan asılı olaraq plazmaferez və ozonoterapiya prosedurları yanaşı aparıldıqda müalicəvi təsir daha effektli olur.
Müəllif Şükürov Mehman.
Materiallardan istifadə edərkən müəllifə istinad olunmalıdır.
Ozonoterapiyada tibbi ozon və oksigen qaz qarışığının orqanizmə çox şaxəli müalicəvi təsirındən istifadə olunur.
Ozonoterapiya periferik qan dövranını stimullaşdırır, oksigenin hüceyrələr tərəfindən daha yaxşı mənimsənilməsinə şərait yaradır, hüceyrə immun mexanizmlərini aktivləşdirir, bütün orqanların fəaliyyətini yaxşılaşdırır, orqanizmə zərərli təsir göstərən maddələri birləşdirərək xaric edir, mübadilə proseslərini yaxşılaşdırır, orqanizmdə pozulmuş tarazlığı bərpa edir.
Nəticədə yorğunluq, apatiya və baş ağrıları keçir, daxili orqanlarda diskomfort hissi itir, yuxu normallaşır, ümumi səhhət, yaddaş və diqqət yaxşılaşır, iş qabiliyyəti artır. Ozonoterapiya ətraf mühitin xoşagəlməz faktorlarına qarşı orqanizmin müqavimətini artırır.
Klinikamızda diskret sentrifuqalı və membran plazmaferez prosedurları, orqanizmə yerli və sistem təsir göstərən ozonoterapiya prosedurları aparılır.
Plazmaferez və ozonoterapiya prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Prosedur zamanı qanın və istifadə olunan steril məhlulların bu materiallardan əlavə heç bir kontaktı olmur. Ona görə də prosedur vaxtı hemokontakt infeksiyalara yoluxma ehtimalı yoxdur.
Plazmaferez və ozonoterapiya prosedurları, qiymətləri barədə daha ətraflı.