Ozon, oksigen qazı ilə müalicə
Qanın detoksikasiyası
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Membran plazmaferez proseduru 180 manat
Ozon, oksigen qazı ilə müalicə
Qanın detoksikasiyası
MedAura Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Klinikamızın efferent terapiya kabinetində aşağıda göstərilən plazmaferez və ozonoterapiya prosedurları aparılır. Plazmaferez və ozonoterapiya prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Prosedur zamanı qanın və istifadə olunan steril məhlulların bu materiallardan əlavə heç bir kontaktı olmur.
Membran plazmaferez
ABŞ istehsalı "Haemonetics PCS-2" aparatı ilə - 230 manat
Pasientin bir periferik venası punksiya olunur. Qan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş şəbəkə vasitəsi ilə aparatdan keçir. Aparatdan keçərək qanın plazma hissəsi formalı elementlərdən ayrılır.
Prosedur 1-1.5 saat davam edir və seans ərzində 700-1200 ml plazma qan dövranından ayrılır. Ayrılan plazma xüsusi konteynerə yığılır.
Rusiya istehsalı "UAM-01 PFM-800" cihazı ilə - 220 manat
Pasientin 2 periferik venası punksiya olunur. Qan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş şəbəkə və plazma-filtrdən (aparatdan) keçir. Plazma-filtrdən keçərək qanın plazma hissəsi formalı elementlərdən ayrılır.Prosedur 1,5-2 saat davam edir və seans ərzində 700-1200 ml plazma qan dövranından ayrılır. Ayrılan plazma xüsusi konteynerə yığılır.
Diskret, sentrifuqalı plazmaferez - 45 manat
Pasientin 1 periferik venası punksiya olunur. Birdəfəlik istifadə üçün nəzərdə tutulmuş konteynerə 450-600 ml venoz qan yığılır. Aparatda qanın plazma hissəsi formalı elementlərdən ayrılır (250-350 ml) və eritrositar kütlə qan dövranına reinfuzya olunur.
Sistem təsirə malik ozonoterapiya prosedurları
Ozonla autohemoterapiya (qanın ozonlaşması) - 42 manat
Antikoaqulyant olan paketə və ya şüşə flakona xəstədən 100-150 ml venoz qan yığılır, ozon oksigen qaz qarışığı ilə ozonlaşdırılır və xəstəyə vena daxilinə reinfuziya edilir.
Ozonlaşmış fizioloji məhlulun vena daxilinə infuziyası 200 ml - 20m., 400ml - 28m.
Fizioloji məhlul tibbi ozonatorda lazım olan konsentrasiyaya qədər ozonlaşdırılır və barbotaj fonunda ozonlaşan fizioloji məhlul vena daxilinə yeridilir.
Ozon vasitəsilə multiinjektorlu liposaksiya - 30 manat
Kosmetoloji iynələrlə multiinjektor vasitəsi ilə ozon qazı dəri altı piy qatına yeridilir. Ozon dəri altı piy toxumalarına təsir edərək onları parçalayır.
Oynaqətrafı ozonoterapiya - 25 manat
Ozonoterapiya oynaqlarda sklerozlaşma proseslərinin zəifləməsinə, ağrının azalmasına, immun proseslərin aktivləşməsinə, qığırdaq toxumasının qidalanmasının yaxşılaşmasına şərait yaradır. Oynaqlarda sinovial mayeni (oynaqdaxili elastik mayeni) bərpa edir və keyfiyyətini yaxşılaşdırır.
Ozonlaşdırılmış zeytun yağı (Ozon yagı) - 100ml 15 manat
Ozonlaşdırılmış bitki yağları müalicə məqsədi ilə müxtəlif konsentrasiyalarda klinikada hazırlanır (daxilə və xaricə qəbul üçün).
Ozonlu kameralar (əl, ayaq, baş, və s.) - 20-22 manat
Patoloji nahiyə nəmləndirilir və plastik kamera geyindirilir. Plastik kameraya müəyyən təzyiq yaranana qədər ozon-oksigen qaz qarışığı vurulur və 30 dəqiqə ərzində axınlı qazlaşdırma aparılır.
Plazmaferez – qanın ekstrakorporal (qan dövranından kənar) təmizlənməsini bildirən prosedur prosesidir.
Bu prosesdə qan iki komponentə ayrılır: hüceyrə elementlərinə (eritrosit, trombosit, leykosit) və plazmaya (qanın duru hissəsinə). Prosedurun gedişində zərərli maddələrlə birlikdə plazmanın müəyyən hissəsi tamamilə çıxarılır və onun yerinə qan dövranına əvəzedici məhlullar yeridilir. Qan hüceyrələri qan dövranına geri qaytarılır və beləliklə qan patoloji maddələrdən təmizlənir.
Plazmaferez - qanın təmizlənməsi ("qan yuma", "qan dəyismə") prosedurundan bir sıra xəstəliklərin müalicəsində istifadə olunur.
Plazmanın çıxarılmasına cavab olaraq, orqanizm bütün müdafiə sistemlərini səfərbər edir, immunitet güclənir, qanın reoloji xüsusiyyətləri (qan axını) yaxşılaşır.
Ozonoterapiyada tibbi ozon və oksigen qazının müalicəvi təsirindən istifadə olunur.
Bir çox xəstəliklərin mənşəyində orqan, toxumaların qidalanmasının pozulması və hüceyrə səviyyəsində kifayət qədər oksigen çatmaması dayanır.
Ozon terapiyası terapevtik nəticələr verən, müxtəlif üsullarla orqanizmə yeridilən oksigen-ozon qarışığının (tibbi ozonun) müalicəvi təsirinə əsaslanır.
Ozonoterapiya periferik mikrosirkulyasiyanı stimullaşdırır, oksigenin hüceyrə tərəfindən daha yaxşı qəbuluna səbəb olur, hüceyrə immun mexanizmlərini aktivləşdirir və mübadilə proseslərini yaxşılaşdırır.