Ozon, oksigen qazı ilə müalicə
Qanın detoksikasiyası
və qiymətlər
28 Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Membran plazmaferez proseduru 180 manat
Ozon, oksigen qazı ilə müalicə
Qanın detoksikasiyası
və qiymətlər
28 Medical Center
Dr. Mehman Tel: +99450 790 69 01
Plazmaferez (qan yuma) və ozonoterapiya prosedurları xroniki bronxit xəstəliyinin müalicəsində köməkçi terapiya kimi effektiv təsirə malikdirlər.
Plazmaferez və ozonoterapiya prosedurları xroniki bronxit zamanı orqanizmin daxili mühitini dərindən təmizləyir. Bu da, adi dərman vasitələri ilə əldə edilə bilinməyən bir nəticədir.
Bu müalicə metodlarının istifadəsi xəstəliyi saxlayan və ağırlaşdıran immun kompleksləri, iltihab mediatorlarını, toksinləri qandan ayırmaqla iltihabi prosesin aktivliyini, intoksikasiyanı azaldır.
Xəstəlik zamanı orqanizmin periodik istifadə olunan dərmanlara (antibiotiklərə, bronxolitiklərə və s.) tədricən azalan həssaslığını artırır.
Seliyin konsistensiyasının durulmasına və xaric olmasının yaxşılaşmasına təsir edərək tənəffüs yollarının tutulmasını azaldır.
Pozulmuş tənəffüs fonunda qanın oksigenləşməsini və axınını yaxşılaşdırmaqla toxumaların tənəffüs və qidalanmasını yaxşılaşdırır.
Orqanizmin müdafiə funksiyasını artırır, antioksidant sistemini gücləndirir.
Plazmaferez proseduru - qanımızın bədəndən kənar detoksunu (təmizlənməsini) bildirən, müxtəlif xəstəliklərin kompleks müalicəsində istifadə olunan effektiv və təhlükəsiz müalicə metodudur.
Bu metodun mahiyyəti xəstəliklərin səbəblərinin və ağırlaşmalarının daşıyıcısı olan zərərli maddələrin orqanizmdən ayrılmasından ibarətdir.
Plazmaferezin effektivliyi üç əsas faktora əsaslanır: təmizləmə, orqanizmin müqavimətinin gücləndirilməsi və qan dövranının yaxşılaşdırılması.
Birincisi, zərərli maddələr qan dövranından ayrılır: əvvəlcə qanın tərkibində olan, sonradan isə orqan və toxumalardan qan dövranına axın edən patoloji maddələr.
İkincisi, plazmanın çıxarılmasına cavab olaraq, orqanizm bütün müdafiə sistemlərini səfərbər edir, immunitet güclənir.
Üçüncüsü, qanın reoloji xüsusiyyətləri (qan axını) yaxşılaşır.
Şəhərimizin klinikalrında müalicəvi plazmaferez əsasən 2 üsulla aparılır - membran və sentrifuqalı plazmaferez.
Ozonoterapiyada tibbi ozon və oksigen qazının müalicəvi təsirindən istifadə olunur.
Bir çox xəstəliklərin mənşəyində orqan, toxumaların qidalanmasının pozulması və hüceyrə səviyyəsində kifayət qədər oksigen çatmaması dayanır.
Ozon terapiyası terapevtik nəticələr verən, müxtəlif üsullarla orqanizmə yeridilən oksigen-ozon qarışığının (tibbi ozonun) müalicəvi təsirinə əsaslanır.
Ozonoterapiya periferik mikrosirkulyasiyanı stimullaşdırır, oksigenin hüceyrə tərəfindən daha yaxşı qəbuluna səbəb olur, hüceyrə immun mexanizmlərini aktivləşdirir və mübadilə proseslərini yaxşılaşdırır.
Klinikamızın efferent terapiya kabinetində aşağıda göstərilən plazmaferez və ozonoterapiya prosedurları aparılır. Plazmaferez və ozonoterapiya prosedurlarının aparılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş materiallardan istifadə olunur. Istifadə olunacaq materiallar pasientin qarşısında qablaşdırılmadan açılır və istifadə olunandan sonra utilizasiya olunur. Prosedur zamanı qanın və istifadə olunan steril məhlulların bu materiallardan əlavə heç bir kontaktı olmur.
Plazmaferez və ozonoterapiya prosedurları, qiymətləri barədə daha ətraflı